Özündən 35 yaş böyük kişi ilə evlənən azərbaycanlı model:

Keçmiş model Diana Əhədpur şəxsi həyatı ilə bağlı gündəm yaradacaq açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, özündən 35 yaş böyük varlı iş adamı ilə evli olan Əhədpur rejissor Nail Kəmərlinin yutub layihəsinə qonaq olub. "Hamı elə bilir ki, siz şeyxlə evlisiniz" sualına cavab verən Əhədpur deyib ki, Dubayda yaşasa da bu, belə deyil.

"Mən İran azərbaycanlısı ilə ailəliyəm. Biz onunla liftdə tanış olmuşuq. Həmin an həyatım 180 dərəcə dəyişdi. O an mənim üçün ən unudulmaz andır. Həyat yoldaşım mənim xilaskarımdır".

Əhədpur qeyd edib ki, o özündən yaşça böyük adamla ailə həyatı qurmağı məqsəd kimi seçib. "Əsas odur ki, pulu çox olsun" deyən Diananın fikrincə nəyisə deyib inanmaq, o hadisənin gerçək olmasına səbəb olur.

"Desəm ki, puluna görə evlənməmişəm yalançı olaram. Amma yoldaşımın böyük ürəyi olmasaydı, özümü pula görə məhv etməzdim. Ərə gedəndə bilirdim ki, yoldaşım məndən böyükdür. Pul mənim üçün sağlamlıqdan sonra hər şeydir" deyə Diana Əhədpur qeyd edib.

Müsahibənin tam formada bu videodan izləyə bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR