Dəhşətli hücumlar başlayıb: Qızlar hədəfə alınır - İynənin içinə dərman doldurub... /

İngiltərədə son günlərdə iynə ilə hücum halları artıb.

Metbuat.az xəbər verir ki, naməlum şəxs və ya şəxslər əsasən gecə klublarında qızlara yaxınlaşaraq iynə sancır. Bu hadisədən bir neçə saat sonra qızlar özünü itirir. Onlar bir neçə sonra özlərinə gəlirlər.

Məsələ polislər tərəfindən nəzarətə götürülüb. Şübhəlilərin axtarışlar davam edir. Gecə klublarında təhlükəsizlik tədbirlərinin artırılması gündəmə gəlib. Daxili İşlər naziri Priti Patel bildirib ki, günahkarlar mütləq saxlanılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR