Fidan Mustafayeva – Peşəsini sevən və öhdəsindən layiqincə gələn peşəkar həkim

Beynəlxalq təcrübəyə malik olan həkim-kosmetoloq Fidan Mustafayeva hər zaman gördüyü uğurlu işlər və yüksək nəticələrlə fərqlənir.

1984-cü ildə ziyalı ailədə dünyaya göz açan Fidan Mustafayevanın ən böyük arzusu həkim olmaq idi. Orta məktəbi müvəffəqiyyətlə bitirən Fidan Mustafayeva yalnız bu peşənin dalınca getməyə qərar verir. 2001-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olaraq 2007-ci ildə təhsil ocağını qırmızı diplomla bitirib. Daha sonra yerli və beynəxalq seminarlarda iştirak edən Fidan həkim böyük təcrübə toplayıb. Estetik həkim-kosmetoloq fəaliyyətinə isə 2014-cü ildən başlayıb. Peşəkərlığa gedən yolda Fidan Mustafayeva dəfələrlə xarici konqres və seminarlarda iştirak edib.

Bu illər ərzində ölkəmizdə uğurla çalışan peşəkər həkim əldə etdiyi nəticələrlə pasiyentlərin böyük inamını və rəğbətini qazanıb. Bununla yanaşı Fidan Mustafayeva onlarla tələbə hazırlayıb və kosmetologiyaya yeni başlayanlar üçün “Estetika” adlı tədris vəsaitini çapa buraxıb.

Son illər ərzində isə Fidan Mustafayeva uğurlu fəaliyyətinə və qazandığı nailiyyətlərə görə, “Reputation Inc.” PR və Event şirkətinin təşkilatşılığı ilə "Four Seasons Baku" otelində baş tutan “Golden Palm Awards” layihəsinin qala gecəsində mükafatla təltif olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR