Avtomobillərin müxtəlif hissələrinə bayraq vurulmasına

"Şəxsi nəqliyyat vasitələrinin müxtəlif hissələrinə - şüşələrinə, kuzaya bayraq vurula bilməz. Bayraq müqəddəsdir, bayraq ucalıqdır. Onu qorumaq, onu uca tutmaq hər birimizin müqəddəs vəzifəsidir, borcudur".

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, nəqliyyat vasitələrində vurulan bayraq pərdə, günlük kimi istifadə olunmamalıdır: "O, bayraqlar yağışın, küləyin təsirinə məruz qalır. Bunu nəzərə alaraq, yol polisi tərəfindən bu istiqamətdə profilaktik tədbirlər görülür.

"Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında Qanuna görə Dövlət Bayrağının yerləşdirilməli olduğu yerlər sırasında şəxsi nəqliyyat vasitələrinin şüşə və kuzalarına bayraq vurulması ilə bağlı qeyd yoxdur. Nəqliyyat vasitələrinin sürücüləri və sahibləri bu halları vaxtında aradan qaldırılmalıdır ki, yollarda narahatlıq yaranmasın".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR