Türkiyədə yaşlı kişini şantaj edən qadın kişinin qızı tərəfindən döyülüb.
Metbuat.az xəbər verir ki, xarici ölkə vətəndaşı olan qadın yaşlı kişi ilə əlaqədə olub. bu gizli münasibətlərini ailəsinə bildirməməsi üçün şantaj edib, ondan 10 000 Türkiyə lirəsi alıb.
Şantaj etməyə davam edən qadın ilə kişinin qızı və oğlu şəhərin mərkəzində qarşılaşıb. Bu zaman yaranan mübahisə davaya keçib. Kişinin qızı şantaj edən qadını təpik və yumruqlarla döyüb. Oğlu isə ətrafdakıların müdaxilə etməsinə imkan verməyib. Yalnız polis gələndən sonra tərəfləri ayırmaq mümkün olub. Polis tərəflərin izahatını almaq üçün şöbəyə aparıb.
Qadınlar arasında dava mobil telefonla qeydə alınıb. Həmin görüntüləri təqdim edirik.