Rusiyada bazarda GÜCLÜ YANĞIN baş verdi -

Rusiyanın Vladivostok şəhərində Nekrasovski bazarında yanğın baş verib.

Metbuat.az xəbər verir ki, sahəsi 700 kvadratmetrə çatan ərazidən, 70 nəfər təxliyə edilib. Primorsk diyarının Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, birmərtəbəli bazarın çox hissəsi yanıb. Xilasedicilər artıq yanğını lokallaşdırıblar. Primorsk prokurorluğunun nümayəndəsinin RİA Novosti-yə verdiyi məlumata görə, hadisə ilə bağlı araşdırma başlayıb.

"Hadisənin baş vermə şəraiti və səbəbləri müəyyənləşdirilir. İlkin məlumatlara görə, itki yoxdur" deyə mənbə bildirib.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR