Dünya REKORDU: Qadın bir il koronavirus oldu -

Amerikalı qadın 335 gün ərzində koronavirusa yoluxaraq dünya rekordu vurub.

Metbuat.az xəbər verir ki, tədqiqat zamanı alimlər qadından götürülmüş biomaterialı xəstəliyin başlanğıcı və sonunu müqayisə edib və məlum olub ki, eyni viruslar həmin amerikalı qadının orqanizmində bu qədər uzun müddət “yaşayıb”. Məsələ ondadır ki, qadın xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Məhz xərçəng əleyhinə terapiya ilə qadının immuniteti zəifləyib və xəstəliyin bu qədər uzun sürməsinin səbəb olub.

Gülbəniz Hüseynli / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR