Rus rublu avro və dollar qarşısında

Rubl dollar və avro qarşısında möhkəmlənməyə başlayıb.

Metbuat.az Moskva birjasının məlumatına istinadn xəbər verir ki, bu gün səhər Amerika valyutası 7 qəpik ucuzlaşaraq 69,64 rubl təşkil edib. Avro isə 11 qəpik ucuzlaşıb və hazırda 80,79 rubl təşkil edir. Brent markalı neftin yanvar fyuçersləri 0,19 faiz artaraq barreli 85,33 dollar olub.

İran və Avropa İttifaqı arasında danışıqların gözləntiləri, eləcə də Rusiya baş nazirin müavini Aleksandr Novakın hasilatın artımını saxlamaq zərurəti ilə bağlı bəyanatları xammalın qiymətini bahalaşdırıb. Eyni zamanda ekspertlər Rusiyada yanacağın qiymətinin daha da artacağını proqnozlaşdırırlar.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR