Azərbaycan kompromisə gedəcək? -

"Əgər dövlətlərin qarşılıqlı güzəştə getməsi məsələsi nəzərdə tutulursa, ilk növbədə qalib dövlətin mövqeləri nəzərə alınmalıdır".

Bu açıqlamanı Metbuat.az-a Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəyli edib. Onun sözlərinə görə, Azərbaycanın nöqtəyi- nəzərindən ərazi baxımından güzəşt məsələsi müzakirə olunmazdır.


"Rəsmi Bakı komunnikasiyaların açılması baxımından rəsmi İrəvana görə, edə biləcəyi güzəştlər, hazırda Xankəndi və ətrafında yaşayan əhalinin heç bir problem olmadan vətəndaşlıq alması, onların rahat şəkildə Azərbaycana gəlməsi və biznes maraqlarının təmin olunması, azərbaycanlıların Ermənistandakı biznes obyektlərinin icarəyə götürə bilmələri və Azərbaycanın beynəlxalq əhəmiyyətli layihələrindən və nəqliyyat infrastrukturlarından Ermənistanın da istifadə edə bilməsi ilə bağlıdır. Ermənistanın isə bizə güzəştə gedəcəyi heç bir məsələ qalmayıb. Onlar artıq məğlubdurlar. Yaxşı olardı ki, Ermənistan Azərbaycanın bu xeyirxahlığı müqabilində bölgədən qanunsuz birləşmələrin çıxarılması və oradakı əhali üçün yenidən vətəndaşlığın bərpa olunması məsələlərində akitvlik nümayiş etdirsin".

Əziz Əlibəyli onu da qeyd etdi ki, sülhməramlıların fəaliyyəti ilə bağlı bir məsələ də var ki, Azərbaycan bunda da güzəştə gedə bilər. Yəni, onların bölgədə qalma müddətinə yenidən baxa bilər.

"Qeyd edim ki, bunlar ümumilikdə dövlətimiz üçün minimal güzəştlərdir. Ümumiyyətlə, qalib gələn dövlət üçün güzəştlərin siyahısı minimal həddə olmalıdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR