"40-ı çıxsın çimdirərik" deyib körpəni GÖRÜN nə hala saldılar -

Körpəni çimizdirmək üçün qırxının çıxmasını gözləyərək, körpələrin dərisini bu hala salmaq doğru deyil.

Metbuat.az xəbər verir ki, həkim-pediatr Günay Rəsulova sosial media hesabında foto paylaşıb. Həmin fotoda körpənin dərisi quruyub, qabıqlamağa meyilli olduğu üçün də soyulmağa başlayıb. Nəticədə körpənin dərisi qızararaq çox acınaqlı hala düşüb. Bu barədə pediatr yazır ki, belə vəziyyətlərin yaşanmaması üçün xüsusilə də çiməndən sonra körpənin dərisinin nəmləndirici kremlə nəmləndirilməsi vacibdir.

"Göbəyi düşəndən sonra körpə dərisinə tez-tez edilən vannalar dəriyə qulluqda çox faydalıdır" - deyə, pediatr bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR