“Bu tarixi biz birlikdə yazırıq” -

“Bu gün Zəngilan rayonunda birinci özəl yatırım layihəsinin də təməlini qoyduq. Bu yatırım layihəsi də Türkiyə-Azərbaycan birgə layihəsidir”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında deyib.

Dövlət başçısı qeyd edib ki, bu, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də bizim çiyin-çiyinə bir yerdə irəlilədiyimizi bir daha göstərir.

“Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq, necə ki, bütün dövr, müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR