İtaliya bu ölkələrə qadağa qoydu -

İtaliya bəzi dövlətləri koronavirusun yayılma riski az olan ölkələr siyahısından çıxarıb.

Metbuat.az xəbər verir ki, “E” zonasına daxil olan ölkələr Albaniya, Azərbaycan, Ermənistan, Bosniya və Hersoqovina, Bruney, Livan, Moldova, Monteneqro, Şimali Makedoniya, Serbiya, Tayvan, Honkonq, Makaodur.

Ciddi qaydalara əməl olunmaqla iş, təhsil, müalicə məqsədləri ilə İtaliyaya səfər edənlərin ölkəyə girişinə icazə veriləcək. Həmçinin İtaliyada yaşamaq icazəsi olan vətəndaşlar və Aİ ölkələrinin vətəndaşları üçün ölkəyə giriş icazəsi veriləcək, lakin bu halda10 gün karantin tətbiq olunacaq və bu müddətdən sonra PCR testindən keçmək lazım olacaq. Digər şəxslərin isə ölkəyə girişinə qadağa qoyulub.

Yeni qaydalar oktyabrın 26-dan qüvvəyə minəcək və dekabrın 15-dək davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR