Aktrisa Rene Zellveger malikanəsini 6,4 milyon dollara satıb.
Metbuat.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi sözügedən evdə yalnız 6 il yaşayıb. Renenin iki həftə ərzində yeni alıcı tapdığı evin ümumi sahəsi 400 kvadratmetrdir.
Villada 4 yataq, 4 hamam, 1 qonaq, yemək otağı, hovuz, spa və kinoteatr var.
Qeyd edək ki, Rene evi 2015-ci ildə 3,4 milyon dollara satın almışdı.