Şəhid anası intihara cəhd edib? -

Vətən Müharibəsi şəhidi Sahib Həsənovun anası Vüsalə Məmmədova intihara cəhd etməsi ilə bağlı məlumat yayılıb.

Metbuat.az xəbər verir ki, V.Məmmədovanın sosial problemləri ilə bağlı bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında çoxsaylı dərman həbləri içdiyi iddia olunub.

Gəncə şəhər 3 saylı xəstəxanasına yerləşdirilən V.Məmmədovanın vəziyyətinin normal olduğu bildirilir.

Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə hesablarında vətəndaş Vüsalə Məmmədovanın intihara cəhd etməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. V.Məmmədova növbəti qəbulla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına gələrkən səhhəti pisləşib, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib”.

Xatırladaq ki, S.Həsənov 2019-cu ildən müddətdən artıq hərbi xidmət qulluqçusu (MAXE) kimi xidmət edib. Şəhid olduqdan sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR