ABŞ-da Çin şirkətinin fəaliyyəti dayandırıldı

ABŞ-da Çinin rabitə şirkəti “China Telecom”un fəaliyyəti dayandırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın rəsmi mənbələri məlumat yayıb. Bildirilib ki, qadağanın səbəbi şirkətin ABŞ-a qarşı cəsusluq fəaliyyətinin göstərməsi barədə şübhələrin olmasıdır. Məlumata görə, araşdırmalardan sonra şirkətin fəaliyyəti barədə qərar veriləcək.

Bildirilir ki, şirkət ABŞ-da əyalətlər arası və beynəlxalq rabitə xidməti təklif edirdi. Çin hökuməti şirkətin fəaliyyətinin müdafiəsi üçün addımların atılacağını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR