Bakıda sərnişindən avtobus sürücüsünə İRAD: “Qızın yaşındadır...” -

Bakıda sərnişin avtobusunda sürücü ilə sərnişin arasında mübahisə yaşanıb.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayılıb.

Görüntülərdə sərnişinlərdən biri sürücüyə “söhbət etdiyin sənin qızın yaşındadır” deyərək irad tutub. Sürücü isə ona sözügedən qızın onun qohumu olduğunu deyərək əsassız mübahisə yaratdığını deyir.

Nəticədə avtobusda yaranan insident səbəbindən sürücü avtobusu sürməkdən imtina etdiyini deyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR