Dünya bazarında neft və qazın

Dünya bazarında neft və qazın qiymətləri ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,67% azalaraq 6,048 ABŞ dolları təşkil edib.

Neftə gəlincə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 1,76% azalaraq 1 barelə görə 82,39 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,61% azalaraq 81,33 dollar təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR