İngiltərədə daşqın təhükəsi ilə bağlı XƏBƏRDARLIQ:

İngiltərənin şimal-qərbində və Şotlandiyanın bəzi bölgələrində leysan yağışları səbəbindən təhlükəli vəziyyət yaranıb.

Metbuat.az xəbər verir ki, yağışın ümumi miqdarı ilin bu dövrü üçün orta yağıntıdan qat-qat yüksəkdir. Hidrometeroloqlar daşqın təhlükəsi ilə bağlı vətəndaşları xüsusilə də sürücüləri xəbərdarlıq ediblər.

Xidmətin məlumatına görə, su basmış yollar səbəbindən elektrik enerjisinin kəsilməsi baş verə bilər. Sakinlərə nəqliyyat vasitələrini ev heyvanlarını və vacib əşyalarını evlərində yuxarı qaldırmaları tövsüyyə edilib. Hətta daşqın səbəbindən qatarların və avtobus xidmətlərində gecikmələr və bəzilərinin ləğvi də mümkündür.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR