Avropa ölkələri İsraili qınadı

Avropanın 12 ölkəsi İsrailin İordan çayının qərb sahilindəki qanunsuz fəaliyyətini qınayıb.

Metbuat.az xəbər verir ki, açıqlamaya görə, İsrail 3 min yeni mənzilin inşaası layihəsini dayandırmalıdır. Polşa, İsveç, Almaniya, İtaliya və digər ölkələrin də imzasının olduğu açıqlamada İsrailin addımlarının beynəlxalq qanunlara zidd olduğu vurğulanıb.

Bildirilib ki, işğal altındakı həmin ərazilər Fələstin torpaqlarıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR