Çin Rusiyanın dəniz məhsulları konservasında koronavirus tapdı -

Çinin Baş Gömrük İdarəsinin cümə günü verdiyi məlumata görə, Çin hakimiyyəti Rusiyanın "Zarya" MMC-nin dondurulmuş məhsullarının qablaşdırmalarında koronavirus aşkar edildikdən sonra dörd həftə ərzində idxalı dayandıracaq.

Metbuat.az xəbər verir ki, xidmətin rəsmi saytında yayılan məlumatda bildirilir ki, koronavirus bir qutu çəhrayı qızılbalıq konservasında aşkar edilib. Noyabrın 3-dən bütün ölkənin gömrük orqanları Rusiya müəssisəsindən idxal bəyannamələrinin qəbulunu dörd həftə müddətinə dayandıracaq.

Çərşənbə axşamı Baş Gömrük İdarəsi dondurulmuş balıq paketlərində koronavirus aşkar edildikdən sonra Rusiyanın iki müəssisəsindən dəniz məhsulları idxalına müvəqqəti qadağa qoyub. Tədbirlər “Eglaine Mercury” şirkətinin və “Zarya” MMC-nin istehsalat müəssisəsinin balıqçı gəmisinə şamil edilib. Oktyabrın 27-dən etibarən idxal bəyannamələrinin qəbulu bir həftə müddətinə dayandırılıb. Bu o deməkdir ki, “Zarya” MMC-nin məhsullarının idxalına müvəqqəti qadağa ümumilikdə beş həftə müddətində qüvvədə olacaq.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR