Türkiyə Cümhuriyyətinin yaranmasından 98 il ötür

Bu gün Türkiyə Cümhuriyyətinin elan olunmasının 98-ci ildönümüdür.

Metbuat.az məlumat verir ki, 1923-cü il iyulun 24-də Lozanna müqaviləsi imzalandıqdan sonra bu Türk dövlətinin müstəqilliyi qəbul edildi. Türkiyə Böyük Millət Məclisinin ikinci toplantısından 2 ay sonra 1923-cü il oktyabrın 13-də Ankara ölkənin mərkəzi olub. Bundan sonra yeni dövlətdə seçkilər başlayıb.

Birinci Dünya Müharibəsinin sonunda imzalanan Mudros müqaviləsindən sonra İstanbul, İzmir və digər Osmanlı torpaqlarının xarici qüvvələr tərəfindən işğalı Türk Milli Hərəkatının ortaya çıxmasına səbəb oldu. 19 may 1919-cu ildə Çanaqqala döyüşünün görkəmli simalarından biri olan Mustafa Kamal Paşa, Samsuna gələrək, Sevr müqaviləsi ilə irəli sürülən şərtləri ləğv etmiş və ölkənin bütün torpaqlarının bütövlüyünü qorumağı hədəfləyən Türkiyə İstiqlaliyyət müharibəsi başlayıb. 1922-ci il sentyabrın 18-də ölkədəki bütün düşmən qüvvələr qovulmuş və 1920-ci il aprel ayından etibarən özünü ölkənin qanuni hökuməti elan edən Ankara Hökuməti tərəfindən Osmanlı mirası olan idarəetmə sistemini müasirləşdirilmiş və yeni respublika siyasi sisteminə keçid edilib.

Türkiyə Böyük Millət Məclisi tərəfindən həmin il noyabrın 1-də 623 illik Osmanlı sultanlığı ləğv edilib. Lozanna müqaviləsi Osmanlı İmperiyasının xələfi olan Türkiyə Respublikasının beynəlxalq mühitdə tanınmasını təmin etmiş və 29 oktyabr 1923-cü ildə paytaxt Ankara olmaqla Respublika elan edilib.

Türkiyə Respublikasının qurucusu və ilk prezidenti olan Mustafa Kamal, ölkənin yeni və dünyəvi bir respublikaya çevrilməsini hədəfləyən bir çox islahatlar aparıb. 1934-cü ildə çıxan soyad qanunu ilə o “Atatürk” soyadını alıb.

Mustafa Kemal Paşa Haberleri - Yazılar, Videolar ve Galeri - Habertürk

1923–2018 illərdə Türkiyədə parlamentar idarəetmə sistemi mövcud olub. 2017-ci ildə konstitusiya dəyişikliyi bağlı keçirilən referandumunun nəticəsində Türkiyə Prezident Respublikası sistemini qəbul edib. Yeni sistem 2018-ci ildə Prezident seçkisi ilə qüvvəyə minmiş və prezidentə fərman vermək, kabinet təyin etmək, büdcə hazırlamaq, seçki çağırışı ilə parlamenti ləğv etmək, məhkəmələrə və bürokratiyaya siyasi təyinatlar etmək səlahiyyətləri daxil olmaqla tam nəzarət verilib.

Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə ümumxalq səsverməsi ilə seçilən ilk prezidentdir. Konstitusiyaya əsasən Türkiyə unitar bir mərkəzi olan dövlətdir.

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR