Nənəsinə qulluq üçün xəstəxanaya girdi ŞOKA DÜŞDÜ:

Rusiyada Tomsk sakini yerli xəstəxanalardan birinin “qırmızı zonasına” daxil olan zaman dəhşətli faktların şahidi olub.

Metbuat.az xəbər verir ki, 84 yaşlı nənəsinə üç gün qulluq etmək üçün koronavirusa yoluxan xəstələrin olduğu palataya daxil olub. Məlum olub ki, xəstəxanada xəstələrə düzgün qulluq edilmir hətta vaxtı-vaxtında onlara yemək də verilmir.

“Qırmızı Zona”da özünü həkim-terapevt kimi təqdim edən vətəndaş tibb müəssisəsinin işçiləri ilə söhbətində bilib ki, xəstəxanada nənəsinə və digər xəstələrə lazım olan dərman və sarğıların çatışmayır. Yaraları olan xəstələrin vəziyyəti isə olduqca acınacaqlıdır. Xəstəxanada hətta qızdırma ölçməyə termometr də tapılmır. Hətta koronavirusa yoluxan xəstələrin yanına həkim personalı qoruyucu kostyum olmadan girib-çıxırlar.

Qeyd olunur ki, hazırda Prokurorluq, Roszdravnadzor və İstintaq Komitəsi bu hekayə ilə maraqlanırlar. Hazırda xəstəxanada göstərilən tibbi xidmətin keyfiyyəti ilə bağlı ilkin araşdırma aparılır. Həmin tibb müəssisəsi ilə bağlı digər yerli sakinlərdən də şikayət və iradlar olub və onlar mediaya məlumat veriblər. Müstəntiqlər baş verənləri öyrənməyə başlayıblar. İctimaiyyətin dərc olunmuş kadrlarda gördükləri yolverilməz olduğundan Tomsk Prokurorluğu və Roszdravnadzor da məsələ ilə yerli regional hakimiyyət orqanları məşğul olur. Regional hakimiyyət qeyd edib ki, əgər hər şey videoda göstərildiyi kimi olarsa, günahkarlar məsuliyyət daşıyacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR