​ARB-dən Dilarə Əliyeva ilə bağlı

Bəzi xəbər saytlarında Əməkdar artist Dilarə Əliyevanın ARB telekanalından ayrılması ilə bağlı əsassız məlumatlar yayılıb.

Məsələ ilə bağlı saytımıza açıqlama verən “ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Mail Əsgərov bildirib ki, aparıcı kanalda fəaliyyətini davam etdirir və onun hansısa səbəbdən ayrılması barədə yayılan məlumatlar şayiədir:

“Dilarə Əliyeva kanalın ilk uğurlu transferlərindəndir və hazırda o, iş başındadır”, - o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR