Avropanın iki super gücü BİR-BİRİLƏRİNİ TƏHDİD etdi:

Fransa və Böyük Britaniya arasında su sərhədləri ilə bağlı gərginlik davam edir.

Metbuat.az xəbər verir ki, Fransa ölkə sularına icazəsiz daxil olan Britaniyaya aid balıqçı gəmisini ələ keçirərək xəbərdarlıq etməsindən sonra, London cavab verib. Fransanın krallıqdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq ona xəbərdarlıq edilib.

Fransa da bu addıma cavab verməyə hazırlaşır. Məlumata görə, noyabr ayının 2-dən Fransa Britaniya məhsullarına əlavə vergi tətbiq edə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR