"Qarabağ" - "Neftçi" oyununun biletləri satışa çıxarılır

Azərbaycan Premyer Liqasının IX turunda keçirilcək "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılır.

Metbuat.az xəbər verir ki, qarşılaşmanın biletləri oyunu günü - oktyabrın 30-da satışda olacaq.

Qiymətlər olaraq 2, 3, 5 və 15 manat təşkil edir. Biletləri "Azersun Arena"dan və Park Bulvarın 2-ci mərtəbəsində yerləşən “Qarabağ” klubunun Fan-Şopundan əldə etmək olar. Oyun günü qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, oktyabrın 30-da "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:30-da başlayacaq.

Qarabağ - Neftçi oyununun biletləri satışa çıxarılır


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR