11 yaşında ana olan qızın nənəsi DANIŞDI:

Xəbər verdiyimiz kimi, İmişlidə 11 yaşlı qız ana olub.

Metbuat.az xəbər verir ki, "ARB xəbər"ə danışan 11 yaşlı qızın nənəsi Sənubər Şükürova əvvəl uşağın qarnına su yığıldını zənn edib. Həkimə müayinəyə apardıqdan sonra məlum olub ki, 11 yaşlı qız 31 həftəlik hamilədir.

Nənəsinin sözlərinə görə, uşaq ögey atası tərəfindən təcavüzə məruz qalıb. Hadisələr isə qızın anasının işdə olduğu zamanlarda baş verib.

Azyaşlı qız qeysəriyyə yolu ilə əməliyyat olunub. Ana reanimasiya bölməsinə yerləşdirilib, körpənin vəziyyətinin yaxşı olmadığı bildirilir.

Qeyd edək ki, Baş Prokurorluqda faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.

Hadisənin təfərrüatları ilə bağlı videonu təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR