31 il əvvəl tapılan mumiyaların SİRRİ MƏLUM OLDU -

Alimlər nəhayət, 1990-cı illərdə Çinin Tarim hövzəsində tapılan, qorunub saxlanılmış bir qrup mumiyanın mənşəyini aşkar ediblər.

Metbuat.az xəbər verir ki, tədqiqatçılar müəyyən ediblər ki, bu mumiyalar əkinçilik təcrübələrini bölüşmək üçün Çinə gələn miqrantlara məxsusdur. O da müəyyən edilib ki, bu mumiyalar təxminən 9000 il əvvəl Asiyada yaşamış daş dövrü ovçu-yığıcılar qrupunun tərkibində olublar. Tədqiqatçılar bildiriblər ki, cəsədlər qayıq formalı tabutlarda basdırılıb və mal-qara dərisinə bükülüb.

"Biz bu insanlar haqqında fiziki olaraq çox şey bilirdik, lakin onların kim olduqları və niyə burada olduqları haqqında heç nə bilmirdik" deyə araşdırma qrupunun rəhbəri bildirib.

Onların ərazidə 2000 və ya daha çox il əvvəl basdırıldığı güman edilir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR