Azərbaycanlı biznesmen itkin düşdü

Belarusun Qorki şəhərində əslən Azərbaycanın Goranboy rayonundan olan 1970-ci il təvəllüdlü Akimov Əlikram Səməd oğlu itkin düşüb.

Metbuat.az-ın report-a istinadən məlumatına görə, Ə.Akimov bir həftədir yaşadığı evdə çıxıb və bu günə qədər geri qayıtmayıb. Onunla bağlı hələ də məlumat yoxdur.

Polis itkin düşən azərbaycanlının axtarışı ilə məşğuldur.

Qeyd edək ki, Ə.Akimov kiçik bizneslə məşğul olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR