Gürcüstanda seçkilər başa çatdı

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci turuna yekun vurulub.

Metbuat.az xəbər verir ki, səsvermə prosesi saat 20:00-da başa çatıb.

Ölkənin Mərkəzi Seçki Komissiyasının saat 17:00-da verdiyi məlumata görə, ümumi 39,5 %, Tbilisidə isə 38,7 %-i səsvermədə iştirak edib.

Qeyd edək ki, 20 şəhər və rayona bələdiyyə sədri, həmçinin 24 majoritar dairədə yerli məşvərətçi orqana (sakrebulo) nümayəndələr seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR