Gürcü Arzusu partiyasının namizədləri qalib gəlir

Gürcüstanda bu gün keçirilən bələdiyyə seçkilərinin ikinci turunda hakim Gürcü Arzusu partiyasının namizədləri beş böyük şəhərdə öndə gedir.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, bülletenlərin 25%-i hesablanıb. Tbilisidə Kaxa Kaladze 55.8% səs toplayıb.

Rustavidə, Kutaisidə, Potidə, Batumidə də hakim partiyanın namizədləri liderlik edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR