Braziliyalı senator Gəncə və Ağdamda -

Ölkəmizdə səfərdə olan Braziliya Milli Konqresi Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya oktyabrın 31-də Gəncə şəhərinə səfər edib.

Metbuat.az xəbər verir ki, dostluq qrupunun rəhbəri Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkib. Qonaq ötən ilin oktyabrında burada mülki əhaliyə qarşı törədilmiş cinayət izlərinin şahidi olub.

Antonio Anastasiya həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüb.

Senator Gəncə şəhərindəki pravoslav, alban və lüteran kilsələrini də ziyarət edib.

Sonra Braziliya Milli Konqresi Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya Ağdam şəhərində olub.

Qonaq Ağdam şəhərindəki İmarət kompleksini, Pənahəli xanın buradakı sarayını və qəbiristanlığı, Ağdam Cümə məscidini ziyarət edib, inzibati binaların və Ağdam Dram Teatrının binasının qalıqları ilə tanış olub.

Braziliyalı senatora Ağdam şəhərinin Baş planı və burada həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verilib.

Səfərin yekununda senator Antonio Anastasiya Gəncə və Ağdamla bağlı təəssüratlarını KİV nümayəndələri ilə bölüşüb.








Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR