Bu gecə Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.
Nərimanov rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, gecə saatlarında Müzəffət Nərimanov küçəsində asılmış kişi meyidinin tapılması barədə məlumat daxil olub.
Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, özünü asan 1971-ci il təvəllüdlü Abdulla Niftəliyevdir.
Deyilənlərə görə, kişi uzun illər əsəb xəstəliyindən əziyyət çəkirmiş. Lakin onun intihar etməsinin dəqiq səbəbləri bilinmir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.