Bakıda yük maşınları toqquşub,

Bakı şəhərinin Qaradağ rayonunda “Ford” markalı yük avtomobili “Shacman” markalı yük avtomobilinə çırpılıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan FHN-in Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri və 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan “Ford” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR