ÜST: Koronavirusun BİTƏCƏYİ VAXT bəlli oldu -

Koronavirus pandemiyası dünyada kifayət qədər imunitetin formalaşması səviyyəsinə çatdıqda sona çatacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuinoviç “Rossiya-1” telekanalının efirində danışıb .

Onun sözlərinə görə, qısa müddət ərzində kifayət qədər peyvənd olunmuş, immunitetli insanların olması lazımdır. Bu, virusun yayılmasının qarşısını alacaq. Vujnoviç koronavirusla mübarizənin effektivliyini əhalinin bu prosesə münasibəti və epidemiya əleyhinə məhdudiyyətlərin praktiki tətbiqi ilə əlaqələndirib. O, Rusiyada tətbiq edilən qeyri-iş günü rejimini qiymətləndirərək qeyd edib ki, COVID-19 hallarının sayının artmasını azaltmaq üçün 20 ay və ya daha çox müddət ərzində karantin tədbirlərinin davam etməsi vacibdir.

Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi bildirib ki, aşağı immunitetli olanlar altı ay ərzində koronavirusa qarşı təkrar peyvənd olunmalısınız. Yəni, artıq səhhəti zəif olan insanlara vaksinin gücləndirici dozasını etmək tövsiyə olunur.

BMT-nin baş katibi Antonio Quterreş də oxşar mövqedən çıxış edir. O qeyd edib ki, dünyada peyvəndlərin qeyri-bərabər paylanması koronavirusun yeni ştammlarının yaranmasına səbəb olur. O, varlı G20 ölkələrini 2021-ci ilin sonuna qədər bütün ölkələrdə insanların 40 faizini peyvənd etmək üçün 8 milyard dollar ayırmağa çağırıb. Onun sözlərinə görə, qlobal iqtisadiyyatda tənəzzülün davam etməsinə xəstəliyin qurbanlarının sayının artması ilə yanaşı, peyvənd bərabərsizliyi də təsir edir.

Gülbəniz Hüseynli / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR