"Altılıq" platformasının qurulması mümkün görünmür:

"İkinci Qarabağ müharibəsindən sonra, regionda yeni geosiyasi və geoiqtisadi nizam formalaşır. Xüsusilə, regionda sülhə və əməkdaşlığa xidmət edə biləcək, bölgə ölkələrinin iqtisadi inteqrasiyasını həyata keçirə biləcək Türkiyə prezidentinin təklif etdiyi iqtisadi əməkdaşlığı özündə ehtiva edən, Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistanın daxil olacağı "Altılıq" platformasının baş tutması sual olaraq qalır".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Məhəmməd Əsədullazadə edib. Onun sözlərinə görə, məsələ odur ki, İran Türkiyənin belə bir paltformada siyasi mövqeyinin artacağından dolayı, belə bir formatı qəbul etmir.

Bu hal baş verərsə, Azərbaycan Laçın dəhlizini bağlayacağını elan etməlidir”

"Son aylarda Tehranın deusturiktiv mövqeyi bunu bir daha göstərdi. Xüsusilə, İranda hakimiyyətdə olan mühafizakarlar Türkiyə və Azərbaycana qarşı rəqib kimi baxırlar. Gürcüstana gəldikdə isə, bu ölkədə "3+3" platformasına isti baxmır. Rusiya ilə məlum əlaqələri qeyd edərək, belə bir layhihədə yer almayacağını bəyan edib. Halbuki, Tiflisin belə bir paltformada yer almasının qarşısnı ABŞ alır. Vaşinqton da Türkiyənin Cənubi Qafqazda artan regional nüfuzunu qəbul etmir və belə bir platformaya qarşıdır. Çünki, Vaşiqnton Türkiyənin regional gücə çevrilməsində maraqlı deyil".

Məhəmməd Əsədullazadə qeyd etdi ki, G20 zirvəsində Türkiyə prezidenti R. T. Ərdoğan "Altılıq" platformasını ABŞ və Fransa prezidentləri də müzakirə edib. Hər iki ölkənin belə bir platformanın Ankaranın birbaşa vasitəçilyi ilə yaradılmasını qəbul etməsə də, cənab T.R. Ərdoğan bununla Cənubi Qafqazda Türkiyənin artan təkbaşına regional bir nizamı formalaşdırmaq gücündə olduğu mesajını vermiş olur.

"Qeyd edim ki, regionda "Altılıq" platformasının qurulması mümkün görünmür. "3+3" format əvəzinə "2+2" format onda ola bilər. Bu da "Zəngəzur" dəhlizi açıldıqdan sonra, Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan burada yer ala bilər. "Zəngəzur" dəhlizinin açılması isə, Mərkəzi Asiya ölkələrinin də regionla əməkdaşlığı artar və Ankaranın vasitəçilyi ilə yeni bir iqtisadi əməkdaşlıq təşkilatı ayaradıla bilər. Ona görə də "Altılıq" platformasının yaradılması mümkün deyil. Bunun əvəzində,yeni bir iqtisadi əməkdaşlıq təşkilatı yaradıla bilər" deyə politoloq bildirib.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR