ABŞ rəsmisi Cənubi Qafqaza gəldi

ABŞ Dövlət katibinin köməkçisinin Cənubi Qafqaz, regional münaqişələr və Cənubi Avropa üzrə müavini Erika Olson Ermənistanda səfərdədir.

Metbuat.az xəbər verir ki, Olson Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Görüş zamanı regionda təhlükəsizlik məsələləri barəsində fikir mübadiləsi aparılıb, Qarabağdakı humanitar vəziyyət müzakirə olunub.

Olson Ermənistandan sonra müvafiq olaraq Azərbaycan və Gürcüstana səfər edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR