Ekspertdən VACİB XƏBƏRDARLIQ:

"Vaxtilə dövlətin xalqın sağlamlığını düşünərək onların mövsümi meyvə və tərəvəzləri istehlak edib immun sistemlərinin gücləndirilməsi üçün təşkil etdiyi yarmarkaları indi nədənsə görə bilmirik. Kənd təsərrüfatı məhsullarını mağazalardan baha qiymətə ala bilməyən insanların bu payız və üzümüzə gələn qış mövsümündə immunitetlərinin güclü olmasından söhbət gedə bilməz".

Bunu Metbuat.az-a Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov deyib. Onun sözlərinə görə, mövsüm dəyişikliyi zamanı insanların kənardan gələn sərbəst radikallar və viruslara qarşı nə qədər dözümlü olmasını orqanizmin immun sistemi tənzimləyəcək:

"Əgər mövsümündə yetişən meyvə və tərəvəzlər, həmçinin təbii kənd məhsulları istehlak olunmazsa, bu insanlarda immun sisteminin zəifləməsi ilə nəticələnə bilər. Mağazalarda təbii kənd məhsullarının qiymətində olan artımı və işbazların süni məhsul artımını nəzərə alsaq, burada artıq nə immun sistemindən, nə də sağlamlıqdan danışmağa dəyməz. Nəticə isə ondan ibarətdir ki, bütün bunlar immun sistemi çökmüş insanların COVID-19-a sərbəst şəkildə yoluxmalarına və xəstələnmələrin sayının iki, hətta üç dəfə artmasına səbəb olur".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR