Qasparyanın işdən çıxarılması qanuni sayıldı

Ermənistan Konstitusiya Məhkəməsi ölkənin Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsinin qanuni olması barədə qərar verib.

Metbuat.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, 2021-ci il fevralın 25-də Qasparyan və bir neçə general Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Paşinyan bunu hərbi çevriliş cəhdi adlandıraraq Qasparyanı vəzifəsindən azad edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR