“Pandoranın dosyesi” Kremlə gedib çıxdı -

Rəsmi Kremlə “Novaya qazeta”dan “Pandoranın dosyesi” ilə bağlı faktlar daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib. O, bu müraciətə baxılıb-baxılmaması ilə bağlı dəqiqləşdirməyə də müsbət cavab verib.

"Həqiqətən də "Novaya qazeta"dan Kremldəki müvafiq departamentimizə məktublar daxil olub. Departament bu müraciətlər üzərində işləyir" Peskov bildirib.

Qeyd edək ki, Corc Sorosun fondlarından biri tərəfindən maliyyələşdirilən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) oktyabrın 3-də bir sıra dünya liderlərinin ofşor planlarda iştirakı ilə bağlı "Pandoranın dosyesi"ni dərc edib. Orada 35-dən çox indiki və keçmiş siyasətçi, eləcə də 100-ə yaxın ölkədən 400 məmur yer alır.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR