Bayden Putini tənqid etdi, Peskov cavabını

Xəbər verdiyimiz kimi, Amerika lideri Co Bayden Qlazqo iqlim sammitində Rusiya prezidenti Vladimir Putini tənqid etmişdi.

Metbuat.az xəbər verir ki, Bayden sammit çərçivəsində bildirmişdi ki, "Rusiyada da Putinlə də eyni şey baş verir. Onun tundrası yanır. Onun tundrası sözün əsl mənasında yanır. Onun iqlimlə bağlı çox ciddi problemləri var, lakin o, hər hansı bir iş görmək istəyi barədə susur”.

Bu qalmaqallı açıqlamadan sonra Kremlin sözçüsü Dmitri Peskov Co Baydenin iqlim dəyişikliyi üzrə sammitdə (COP26) dediyi Rusiyada yanan tundranın sözlərinə cavab olaraq xatırladıb ki, ABŞ-da da və digər ölkələrdə də meşə yanğınları mütəmadi olaraq qeydə alınır.

"Tundra həqiqətən yanır, lakin unutmayaq ki, Kaliforniyada, Türkiyədə və dünyanın digər yerlərində meşələr yanır" deyə Rusiya prezidentinin sözçüsü belə bildirib.

Peskovun sözlərinə görə, meşə yanğınları hazırda bəşəriyyətin üzləşdiyi iqlim dəyişikliyinin nəticələrindən biridir.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR