Çindən ŞOK ÇAĞIRIŞ: Qışa hazırlıq görün - Ehtiyatda qida saxlayın

Çin hökumətinin əhaliyə “qışa hazırlıq görün” çağırışı böyük narahatlığa yol açıb.

Metbuat.az xəbər verir ki, açıqlamada əhaliyə qış üçün əsas qida ehtiyatının saxlanılması barədə çağırış edilib. Çinin Ticarət Nazirliyinin açıqlamasına görə, bu çağırışın edilməsində məqsəd ehtiyac məhsullarına yönəlmiş tələbləri zəmanət altına almaq və qiymət sabitliyini qorumaqdır. Həmçinin, məhsulların tədarükünün və çatdırılmasının zəmanət alınması üçün hökumətin departamentləri arasında koordinasiyanın gücləndirilməsinin vacib olduğu bildirilib. Hökumətin fövqəladə hallara hazırlıq məqsədilə ehtiyat məhsullarının saxlanılması barədə çağırışı əhalidə təşviş yaradıb.

Bəzi mənbələr yazır ki, əslində Çin hökuməti belə xəbərdarlıqları hər il edir. Lakin bu pandemiya səbəbilə xəbərdarlıq daha tez edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR