"O aparıcılar öz atalarının, qardaşlarının yanında elə açıq-saçıq gəzərlərsə..." -

"Cəmiyyətdə hər yerin öz geyimi olmalıdır. Açıq-saçıqlığa gəldikdə isə, bunu müğənni edə bilər. Çünki səhnəyə çıxır, şou göstərir, obraz yaradır. Vallah bilmirəm, əgər o aparıcılar öz atalarının, qardaşlarının yanında elə açıq-saçıq gəzərlərsə, bəlkə ona görə çıxırlar. Bəlkə də mənim bu sözüm kiminsə xətrinə dəyə bilər. Efir qarşısında olmaz. Ola bilər, desinlər ki, bunu başqa ölkələrdə edirlər amma bizdə bu qəbul olunmursa, biz bunu niyə edək? Axı tamaşaçı istəmir".

Metbuat.az xəbər verir ki, bu sözləri "MTV Azərbaycan" telekanalında yayımlanan "Üzə-düz" verilişinə qonaq olan teleaparıcı Nailə İslamzadə deyib. Aparıcı verilişdə bir çox məqamlara aydınlıq gətirib. O, televiziyadakı aparıcılardan, onların geyimlərindən də danışıb:

“Efir bayağılığı sevmir. Tamaşaçı bunu tez hiss edir. Populyar olmaq, tanınmaq, sevilmək demək deyil. Aparıcıların geyim məsələsi də ciddi problemdir. Hər verilişin özünə uyğun geyimi olmalıdır. Cəmiyyətdə də hər yerin öz geyimi olmalıdır. Açıq-saçıqlığa gəldikdə isə, bunu müğənni edə bilər. Çünki səhnəyə çıxır, şou göstərir, obraz yaradır. Vallah bilmirəm, əgər o aparıcılar öz atalarının, qardaşlarının yanında elə açıq-saçıq gəzərlərsə, bəlkə ona görə çıxırlar. Bəlkə də mənim bu sözüm kiminsə xətrinə dəyə bilər. Efir qarşısında olmaz. Ola bilər, desinlər ki, bunu başqa ölkələrdə edirlər amma bizdə bu qəbul olunmursa, biz bunu niyə edək? Axı tamaşaçı istəmir. Biz Azərbaycanlı olduğumuzu qoruyub, saxlamağı bacarmalıyıq. Mənim azadlığım, başqasının azadlığı başlayan yerdə bitir. Mənim azadlığım kameranın o tərəfinə kimidir. Ondan sonra tamaşaçılar var. Necə biz onların azadlığını pozub, istəmədiyi şeyi onlara sırıya bilərik?!”.

Nailə İslamzadə ailəsi haqqında danışarkən evin kiçik övladı olduğunu, qardaşlarının vaxtsız dünyasını dəyişdiyini bildirib:

“Qardaşımın ölüm xəbərini çəkilişdən əvvəl eşitmişdim. Atam rəhmətə gedəndə də efir dönəmlərim idi. Belə şeylər efirdə təsir edir amma tamaşaçıya bunun aidiyyatı yoxdur sənin başına nə gəlib? Biz özümüzü toplayıb xəbəri çatdırmalıyıq. Işimizi görüb, öz əhval-ruhiyəmizi işimizə yansıtmamalıyıq. Üç qardaşımı xərçəng və qəza ucbatından itirmişəm. Mən evdə uşaqların ən kiçiyi idim. Böyük qardaşım məndən 11 yaş böyük idi. Oğlanların içində böyümüşəm, onlar qışda tətilə gələndə, quş ovlamağa gedirdilər. Evimizin arxasında qoruq var idi. Məni də özləri ilə aparırdılar, anam deyirdi, imkan verin bu qız xanım kimi böyüsün. Futbol oynayanda məni qapıya qoyurdular. Sonra böyüyürsın, çəhrayı eynəkləri çıxarırsan... Həyat dəyişdirir, yaxşını, pisi görürsən. Mənimçün həyat gözəl idi, həm də çox uzun müddət. Insanları tanımırdım. Ondan sonra başladım tanımağa, indi yaxşı tanıyıram”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR