SON DƏQİQƏ: Rusiyada təyyarə qəzaya uğradı

Rusiyanın İrkutsk vilayətində An-12 yük təyyarəsi qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Tass məlumat yayıb. Bildirilir ki, Yakutsk-İrkutsk üzrə uçan layner İrkutsk yaxınlığında qəzaya uğrayıb. Qəzanın yeri müəyyən edilib. Təyyarə qəzaya uğrayandan sonra yanıb. Məlumata görə, təyyarə Belarus hava yolları şirkətinə məxsusdur.

Laynerdə hadisə zamanı 8 nəfərin olduğu bildirilir. Tələfat barədə hələlik məlumat yoxdur. Hadisə barədə araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR