İsrail ordusu Dəməşqi bombaladı

İsrail ordusu Suriyanın paytaxtı Dəməşq yaxınlığını bombalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Suriyanın dövlət agentliyi məlumat yayıb. Bildirilib ki, hücum zamanı bir neçə bina dağılıb. Tələfat barədə məlumat verilmir. İddialara görə, hücuma məruz qalan bölgədə İran ordusunun dəstək verdiyi silahlı qruplaşmaların düşərgələri yerləşir.

İsrail tərəfi hücum barədə açıqlama verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR