Məktəblərin tamamilə distant təhsilə keçməsi gündəmdə deyil -

Bu gün məktəblərin tamamilə distant tədrisə keçirilməsi gündəmdə deyil.

Metbuat.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

O bildirib ki, çünki məktəblərdə koronavirusla əlaqəli kritik vəziyyət yoxdur: "Əgər bu barədə hər hansı qərar qəbul edilsə, ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Bu günə olan məlumatlar vəziyyətin gərgin olmadığını göstərir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR