Portuqaliya parlamenti büdcə layihəsini rədd etdiyinə görə buraxıldı

Portuqaliya Dövlət Şurası 2022-ci il büdcəsinə dair layihəni rədd etdiyinə görə parlamenti ləğv edib.

Metbuat.az xəbər verir ki, bunula bağlı prezident Rebelo de Souza təklif verib və Dövlət Şurası təklifi qəbul edib. Bildirilir ki, parlament seçkilərinin tarixi yaxın günlərdə açıqlanacaq. Yerli mənbələr isə seçkilərin yanvar ayında keçirilə biləcəyini yazır.

Qeyd edək ki, koalisiya hökumətində təmsil olunan Sol Blok və Kommunist partiyası məvaciblərlə və kommunal xidmətlərlə bağlı vədləri əhatə etmədiyinə görə büdcə layihəsini rədd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR