Bakıda qadın 25 metrlik quyuya düşdü -

Bakı şəhərinin Sabunçu rayonunda qadın ehtiyatsızlıqdan dərinliyi təqribən 25 m. olan su quyusuna düşüb və köməksiz vəziyyətdə qalıb.

Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları xilasetmə əməliyyatı keçirərək qadını quyudan çıxarıb.

Qeyd edək ki, son sutkada FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 12 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 9 nəfər xilas edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR