İrəvan “3+3” formatı barədə HƏLƏ DƏ DÜŞÜNÜR -

"Regional əməkdaşlıq formatları Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında aparılan danışıqlar prosesini təkrarlamamalıdır".

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorqyan parlamentdə bildirib.

Nazir müavini deyib ki, regionda vəziyyət dəyişir, üç mərhələli qarşılıqlı fəaliyyət formatları yaradılır. İrəvan müxtəlif platformalarda, o cümlədən “3+3” formatında regional məsələlərin müzakirələrində iştirak etmək təklifləri alıb.

"Bizim prioritetimiz milli və dövlət maraqlarının qorunmasıdır. Bizim üçün bu regional əməkdaşlıq formatlarının mövcud formatlarının, xüsusən də ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında aparılan danışıqlar prosesinin təkrarlanmaması maraqlıdır" Gevorqyan belə vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla birgə mətbuat konfransı zamanı tərəflərin “3+3” formatının yaradılması imkanlarını müzakirə etdiyini bildirib. Lavrov İranın Türkiyə və Azərbaycan kimi bu təşəbbüsə müsbət münasibət bəslədiyini qeyd edərək, Gürcüstanın belə məsləhətləşmələr mexanizminin yaradılmasında və Transqafqazın inkişafı ilə bağlı qərarların razılaşdırılmasında maraqlı olacağına ümid etdiyini vurğulayıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR