Prezident Kamran İmanovu təltif etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Kamran Sultan oğlu İmanovu təltif edilməsi haqqında sərəncam imzalayıb.

Metbuat.az xəbər verir ki, Sərəncama əsasən, K.S.İmanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Kamran İmanov 1946-cı il də anadan olub. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorudur.

Uzun müddət Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə rəhbərlik edib. Bundan başqa, 2006-2008-ci illərdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri olub.

Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsinə təyin olunub.

Kamran İmanov Prezidentin sərəncamı ilə müəllif hüquqlarının qorunmasında səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, müəllif hüquqlarının qorunması sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Bundan əlavə, Prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının Prezidentinin 07.05.2018-ci il tarixli, 58 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR