Zəfər Günü ilə bağlı xatirə pul nişanları buraxılıb -

Azərbaycan Mərkəzi Bankı (AMB) Vətən müharibəsinin yaddaşlara həkk olunması məqsədilə 8 noyabr – Zəfər Günü ilə əlaqədar silsilə xatirə pul nişanları buraxıb.

Metbuat.az-a AMB-dən verilən məlumata görə, xatirə pul nişanlarının ən böyük nominalı 500 manatdır və üzərində "Qarabağ Azərbaycandır!" yazısı əks olunub. Bundan başqa, Zəfər Günü ilə bağlı üzərində işğaldan azad edilmiş şəhər və rayonların adı əks olunan sikkələr də buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR